Fransanın "L'Oreal" kosmetika şirkətinin qurucusunun nəvəsi Fransua Bettenkur-Mayers sərvəti 100 milyard dolları ötmüş ilk qadın olub.
"Unikal" xəbər verir ki, “L'Oreal”ın səhmləri bütün zamanların ən yüksək səviyyəsinə çatıb və ilin əvvəlindən kapitallaşma 1/3 artıb.
Bununla da şirkətin təxminən 35 faizinə sahib olan Bettenkourt-Mayers hazırda dünyanın 12-ci ən varlı adamı olub.