Azərbaycanda fəaliyyətə başladığı gündən ölkə həyatının müxtəlif sahələrində mühüm rol oynayan “Azersun Holding” növbəti dəfə ənənəsinə sadiq qalıb.
"Unikal" xəbər verri ki, tariximiz, mədəniyyətimiz və milli-mənəvi dəyərlərimizə xüsusi həssaslıqla yanaşan Şirkətlər Qrupu hər zaman həssas qruplara aid insanlara dəstək verməyə çalışır. Həm ölkəmizdə, həm də onun hüdudların kənarında humanitar layihələr reallaşdıran “Azersun” bu il ərzində ümumilikdə 10 mindən artıq ailəyə bayram sovqatı hədiyyə edib.
Bunula bərabər, ilin əvvəlində Türkiyədə baş vermiş faciəvi zəlzələdən əziyyət çəkənlərə yardım ayıraraq dəstək vermiş, anbar sahələrini yardımların hazırlanması üçün müvafiq təşkilatların istifadəsinə vermişdi. 2023-cü il ərzində həmçinin “Azersun Holding”ə məxsus markalar tərəfindən onlarla Korporativ Sosial Məsuliyyət və humanitar yardım layihələri həyata keçirib.
Qeyd edək ki, 1991-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Azersun Holding”də 20 mindən artıq insan daimi iş yeri ilə təmin olunub. Bu illərdə ümumilikdə 30-dan artıq istehsal müəssisəsi istismara verən şirkətlər qrupu Bakıda və bölgələrdə məşğullun təmin olunmasında mühüm rol oynayır.