Bakıda bayram günü qətl törədilib, tutulan var.
Bu barədə "Unikal"a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən iaşə obyektlərindən birində 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 2001-ci il təvəllüdlü Arif Bəhərçiyevin qeyd olunan ünvanda aralarında yaranmış mübahisə zamanı Namiq Orucov və Ramil Səfərova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanıb, Arif Bəhərçiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.