Bəzi məşhurlar yeni ili səhnədə çalışaraq qarşılayarkən, digərləri isə ailəsi və sevdikləri ilə birlikdə keçirib.
"Unikal" xəbər verir ki, 75 yaşlı tanınmış türkiyəli aktyor Erdal Özyağcılar yeni ili dənizdə qarşılayaraq diqqət çəkib.
Özyağcılar, "Yeni iliniz mübarək. Hazırda 31 dekabrdır. Bəli, yeni iliniz bu geniş dənizlər kimi sizə xoşbəxtlik gətirsin" - deyib. Aktyorun bu görüntüsü sosial şəbəkədə maraqla qarşılanıb.