Müğənni Aygün Mahmudova liposaksiya əməliyyatı etdirib.
"Unikal" xəbər verir ki, 1 ay əvvəl əməliyyat olunan Aygün yeni görünüşdə fotolarını sosial şəbəkədə paylaşıb.
O bildirib ki, 6 ay sonra görünüşü tamamilə başqa formada olacaq.
İzləyicilər Aygünün bədən şəkilləndirmə əməliyyatından sonra türkiyəli müğənni Sibel Cana oxşadığını bildiriblər.
Qeyd edək ki, Aygün Mahmudova rejissor Kənan M.M.-in həyat yoldaşıdır.