Kirman vilayətində baş verən hücumda ölənlərin dəqiq sayı 95 nəfərdir.

"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölənlərin sayının çox olmasının səbəbi bəzi şəxslərin adlarının səhvən iki dəfə qeydə alınması olub.

***

İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində yaralılanların sayı 211 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə İranın yerli saytları səhiyyə rəsmilərinə istinadən məlumat yayıb. Bildirilir ki, terror aktında 103 nəfər həyatını itirib. 

***

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 103-ə çatıb, 141 nəfər isə yaralanıb.  

"Unikal" xəbər verir ki,  bu barədə İran KİV-ləri məlumat yayıb. 

***

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 73-ə çatıb.

"Unikal" xəbər verir ki, yaralı sayı 170-dən çoxdur.

***

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 53 nəfərə çatıb, 70-dən çox insan yaralanıb. 

"Unikal" xəbər verir ki, bu  barədə "Mehr" informasiya agentliyi məlumat yayıb.

Ölən və yaralananlarının sayının artacağı ehtimalı var. 

***

Bu gün İranın cənub-şərqində Kirman vilayətində iranlı general Qasim Süleymaninin ildönümü ilə əlaqədar keçirilən yürüşdə 2 ardıcıl partlayış baş verib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Süleymaninin məzarı yaxınlığında baş verən partlayışlarda indiyədək azı 20 nəfərin öldüyü, 50 nəfərin yaralandığı təsdiqlənib.

İranın Kirman vilayəti valiliyi baş verən partlayışları terror aktı adlandırıb.

Qeyd edilb ki, İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda iki bomba partladılıb.

Xatırladaq ki, iranlı general Qasim Süleymani 2020-ci ildə ABŞ-nin hücumu nəticəsində İraqda ödürülüb.