İsveçdə yeni temperatur rekordu qeydə alınıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Norrbotten bölgəsindəki Kvikkökk-Orenjarka şəhərində termometr mənfi 43,6 dərəcəyə düşüb.

Bu, son 25 ildə İsveçdə yanvar ayının ən aşağı temperaturudur.

Soyuq hava ilə əlaqədar krallığın şimalındakı bir neçə nöqtədə qatar və avtobus marşrutları ləğv edilib.

Rekord aşağı temperaturun səbəbi İsveçin şimal-şərqində və Finlandiyanın şimalında yüksək təzyiqdir. Meteoroloqlar yüksək təzyiq zonasının bu həftənin sonunda cənuba doğru hərəkət edəcəyini proqnozlaşdırırlar.