İsrailli aparıcı Lital Şemeş "Kanal 14"də canlı yayıma belində silahla çıxıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, aparıcının bu hərəkəti bütün dünyada böyük əks-səda doğurub. 

Sosial şəbəkələrdə "Qadınlar silahlanır. Kanal 14-ün aparıcısı silahla efirə çıxdı" kimi ifadələrlə paylaşılan bu hadisə böyük maraq və müzakirə obyektinə çevrilib.