Bu həftə Nigeriyanın şimal-şərqində ekstremist dəstənin üzvlərinin hücumu nəticəsində azı 15 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Çibok Rayon İnkişaf Assosiasiyasının rəhbəri Manasşe Allen məlumat verib.

“Yaraqlılar Yeni il günü Borno əyalətinin iki kəndinə hücum ediblər”, - deyən M.Allen əlavə edib ki, şahidlərin sözlərinə görə, ekstremistlər bir neçə yük avtomobilində olub və Nigeriya nizami ordusunun formasını geyiniblər.

Hücuma görə hər hansısa radikal qrup məsuliyyəti öz üzərinə götürməyib.