Bu gün Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın toyudur.

"Unikal" xəbər verir ki, toy Gəncə şəhərindəki məkanlardan birində keçirilir. 

Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevilin ailə qurduğu gənc onu dağıntılar altından çıxaran sinif yoldaşıdır.