İranda general Qasım Süleymaninin məqbərəsi yaxınlığında bir-birinin ardınca bombalı hücumlar baş verib. Hücumlarda ən azı 103 nəfər ölüb, 211 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, İran prezidenti İbrahim Rəisi bombalı hücumların səbəbkarlarını ən qısa zamanda müəyyən edilərək cəzalandırılacağını bildirib.

O, mesajında ​​"İran döyüş meydanında terrorizm və zorakılığın kökünü kəsməkdə əvvəlkindən daha qətiyyətlidir" sözlərini işlədib.