Soyuducunun bütün qidaları saxlamaq üçün ən yaxşı yer olması yanlış fikirdir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, meyvə, tərəvəz və şirniyyatları soyuducada saxlamaq düzgün deyil. Onları sərin, qaranlıq, yaxşı havalandırılan bir yerə yerləşdirmək daha uyğundur. 

Həmçinin, şokolad və balı soyuducuda saxlamağa ehtiyac yoxdur.  Soyuducuda saxlanılan şokoladın dadı pisə doğru dəyişəcək. Bal isə aşağı temperaturda tez kristallaşır, bu təbii prosesdir, lakin istifadəsini məhdudlaşdırır.

Bundan əlavə, bildirilir ki, tərkibində askorbin turşusu yüksək olan sitrus meyvələri: qreypfrut, portağal, limonu soyuducuda saxlamaq olmaz.