NATO Kiyevin tələbi ilə alyansın təcili iclasını keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba məlumat yayıb.
“NATO ölkələri Ukraynanın Ukrayna-NATO Şurasının fövqəladə iclasının keçirilməsi ilə bağlı tələbini dəstəkləyib”, - mesajda deyilir.
Onun sözlərinə görə, əsas müzakirə mövzularından biri Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi olacaq. Lakin o, görüşün tarixini dəqiqləşdirməyib.