Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Ərdoğan Kirmanda baş verən terror aktı ilə bağlı Rəisiyə başsağlığı verib. O, dinc əhalini hədəf alan terror aktını qınayıb. Ərdoğan İranı terrorla mübarizədə birgə hərəkət etməyə çağırıb.