"Neçə il "Kubinka" məhəlləsində yaşamışam. Ətrafımda hamı narkotik aludəçisi idi".
"Unikal" xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında deyib. O, başına gələn hadisədən danışıb:
"Televiziyaya gəldim, hamı məni tanıdı. Bir gün gördüm vanna otağımdan su axır. Usta çağırdım və onunla çıxdım dama. Dəhşətə gəldim. Damdan 8 vedrə iynə yığdım. Çağırdım ki, iyrənc hərəkətləri damda niyə edirsiniz? Cavab verdilər ki, ən etibarlı adam sizsiniz, tanınmışsınız. Bura gəlməzlər. Zəng etdim polis idarəsinə, başqa əlacım yox idi".