ABŞ Dövlət Departamenti İranda Qüds Qüvvələrinin keçmiş komandirinin anım mərasiminin keçirildiyi yerdə baş verən silsilə partlayışlarda ABŞ və ya İsrailin əli olduğunu təkzib edib.

"Unikal" xəbər verir ki, bu barədə  ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller müvafiq bəyanatla çıxış edib.

"Mən gördüyüm bəzi əsassız iddiaların yayılmasına cavab vermək istəyirəm və demək istəyirəm ki, ilk növbədə, ABŞ bu işdə heç bir şəkildə iştirak etməyib", - xarici siyasət idarəsinin nümayəndəsi vurğulayıb.