Qazaxıstanın Uralsk şəhərindəki binalardan birində güclü qaz partlayışı baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. 

Qərbi Qazaxıstan vilayətinin Fövqəladə Hallar Departamentinin məlumatına görə, dağılmış tikililərin altında daha çox insan ola bilər. Hadisə yerində ümumilikdə 110-dan çox insan və 30 texnika işləyir.

Ağarza Elçinoğlu