Cari həftənin əvvəlində güclü zəlzələnin baş verdiyi Yaponiyanın İşikava prefekturasında 51 nəfərin taleyi barədə hələ də məlumat yoxdur. 

"Unikal" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. 

Yerli administrasiya nümayəndələrinin sözlərinə görə, xilasetmə xidmətlərinə 40-50 məlumat daxil olub ki, həmin məlumatlara görə uçan binaların altında insanlar ola bilər. 

Qeyd edək ki, Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

Ağarza Elçinoğlu