İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkənin cənubundakı Kirman şəhərində baş verən və 100-dən çox insanın ölümünə səbəb olan iki partlayışla bağlı başsağlığı verib.

"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. 

"İran xalqının düşmənləri növbəti dəfə faciə törətdilər. Cinayətkarları bu terror aktlarını həyata keçirməyə razı salan terror təşkilatçıları mütləq məhkəmə qarşısına çıxacaqlar. Onlar bilməlidirlər ki, bu terrorun ardınca sərt cavab veriləcək", - deyə Xamenei qeyd edib. 

Ağarza Elçinoğlu