Ermənistanda şəhərsalma komitəsinin sədri Armen Qularyan vəzifəsindən azad edilib.

"Unikal" xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan qərar imzalayıb. 

Xatırladaq ki, Nikol Paşinyan dünən Qularyanla birlikdə Lori bölgəsinə səfər edib və görülən işlərdən narazılığını bildirib. Yayılan görüntülərdə Paşinyanın açılışına getdiyi tikilinin istifadəyə yararsız olduğu üzə çıxıb.

Lorinin qubernatoru Aram Xaçatryan da oxşar səbəbə görə bu gün işdən çıxarılıb. 

Ağarza Elçinoğlu