Rusiya prezidenti Vladimir Putin Silahlı Qüvvələrdə və digər hərbi birləşmələrdə hərbi xidmət keçmək üçün müqavilə bağlamış əcnəbilərə, habelə onların ailə üzvlərinə Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Bundan əlavə, Rusiya vətəndaşlığını əldə etmək imkanı bu müddət ərzində Rusiya Silahlı Qüvvələrindən təqaüdə çıxan xarici vətəndaşlar, həmçinin onların həyat yoldaşları və uşaqları üçün nəzərdə tutulub.

Ağarza Elçinoğlu