İstanbulda içərisində şagirdlərin olduğu avtobus naməlum şəxs tərəfindən qaçırılıb.

"Unikal" xəbər verir ki, hadisə Kadıköydə baş verib. İbtidai məktəbə şagirdləri aparan servis maşını işıqforda dayanıb. Bu zaman bir nəfər sürücüyə xəbərdarlıq edərək arxa təkərinin partladığını bildirib. Sürücü təkəri yoxlamaq üçün avtomobilin arxasına keçən zaman naməlum şəxs avtomobili qaçırıb. 

Şübhəli 10 şagird və nəzarətçini Göztəpə yaxınlığında endirib və avtomobillə qaçmağa davam edib.

Daha sonra qaçırılan xidməti avtomobil tapılıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. 

Ağarza Elçinoğlu