Rusiya Federasiyasının Prezidenti Vladimir Putin azərbaycanlı həkimi təltif edib.

"Unikal" xəbər verir ki, Moskvanın N.V.Sklifosovski adına Elmi-Tədqiqat Təcili Tibbi Yardım İnstitutunun (ETİ) şöbə müdiri Ruslan Bayramov “Təşəkkürnamə” ilə təltif olunub.

Bu barədə Sərəncam Rusiya Prezidentinin rəsmi internet səhifəsində yerləşdirilib.

Ruslan Bayramov həkim ailəsində dünyaya göz açıb. Onun babası Əmir Bayramov Gürcüstanın azərbaycanlılar yaşayan Kvemo-Kartli diyarının Marneuli rayonunun Qaçağan kəndində anadan olub. Əlli ilə yaxın Moskvadakı N.V.Sklifosovski adına Təcili Tibbi Yardım ETİ-də cərrah kimi çalışıb. Sonralar onu oğlu Şamil Bayramov əvəz edib. O da həmin institutda 30 il xəstələrə xidmət göstərib.