Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, nəqliyyat vasitəsinin idarəetməni itirməsi nəticəsində rayon sakinləri, 1997-ci il təvəllüdlü Nahid Yarızadə və 2003-cü il təvəllüdlü Mərhəmət Xosuzadə xəsarət alıblar.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.