“10 yaşımda blokda, məktəbdə konsertlər verirdim. Evə gələndə çırpılırdım. Anamla atam buna görə dava edirdi. Anam atama həmişə deyirdi ki, qızın sənə oxşayıb, müğənni olmaq istəyir. Mən uşaqlıqdan bilirdim ki, kim olacağam”.
"Unikal" xəbər verir ki, bunu Xalq artisti Röya Ayxan Baku TV-də yayımlanan "Qapqara" verilişində deyib.
Röya Ayxan yanında baxımsız, çirkin insanların olmasını istəmədiyini bildirib:
“Harasa gedəndə özümlə əlavə paltar götürürəm. Kiminsə paltarını bəyənməyəndə öz paltarımı ona geyindirmək istəyirəm ki, çox gözəl görünsün. Ətrafımdakı insanların gözəl, baxımlı görünməyini istəyirəm”.