Gəncədə minik  avtomobili yanıb.

"Unikal" xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən restoranların birinin qarşısında baş verib.

Hərəkətdə olan  "BMW" markalı minik maşını qəfil yanmağa başlayıb.

Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb. Minik maşınının qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın zamanı avtomobilin salonu tamamilə yanıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov