Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aktrisa Ayla Alqanın ölümü ilə bağlı başsağlığı verib. 

"Unikal"ın məlumatına görə, başsağlığında deyilir: 

"Türkiyə teatr, kino və musiqi sənətinin ustadı, Prezident mükafatçısı, dəyərli xanım Ayla Alqanın vəfat xəbərini kədərlə öyrəndim. Allah mərhuma rəhmət eləsin!  Ailəsinə, yaxınlarına və bütün sənət ictimaiyyətimizə başsağlığı verirəm!".

*** 22:34

Türkiyənin tanınmış teatr və kino aktrisası Ayla Alqan dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, aktrisa 86 yaşında beyin qanaxmasından vəfat edib. 

Qeyd edək ki, Ayla Algan 1937-ci ildə İstanbulda doğulub, Fransada təhsil alıb. Türkiyədə ilk debütünü "Tarla quşu" tamaşası ilə edib. İlk filmi isə 1964-cü ildə çəkildiyi "Qaranlıqda oyananlar" olub.