Laçında hərbi nəqliyyat vasitəsinin qəzaya düşməsi nəticəsində həlak olan hərbi qulluqçumuz 28 yaşlı Həsən İsmayılovla vida mərasimi keçirilib. Mərasim gizirin Gəncədə yaşadığı evdə baş tutub.

"Unikal" xəbər verir ki, vida mərasiminə  28 yaşlı Həsən İsmayılovun ailə üzvləri, hərbçi yoldaşları və şəhər ictimayəti qatılıb.

Mərasimdən sonra yol qəzasında həlak olan gizir Gəncənin şəhidlər xiyabanında dəfn edilib. H.İsmayılov ailəli olub, onun iki az yaşlı övladı yadigar qalıb.

Tural Əhmədov

***

Xəbər verdiyimiz kimi, yanvar ayının 4-də Laçında hərbi nəqliyyat vasitəsinin qəzaya düşməsi nəticəsində iki hərbçimiz həlak olub.

"Unikal" xəbər verir ki, qəzada həlak olan digər hərbçimiz Axundov Səxavətin dəfn mərasimi keçirilib.

O, Xaçmazın Sayad kəndində dəfn edilib.

Ağarza Elçinoğlu