Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Antoni Blinken arasında görüş başa çatıb.

“Unikal” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Tərəflərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

 

xxx

13:56

İstanbulun Vahdettin iqamətgahında Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

A.Blinken Yaxın Şərq ölkələrinə səfərə çıxıb. Onun ilk dayanacağı Türkiyədir.

Qeyd edək ki, dövlət katibi və onu müşaiyət edən heyət Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Türkiyə və Yunanıstanı əhatə edən turne çərçivəsində İstanbula gəlib. A.Blinkenin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə də görüşü gözlənilir.