Koenigsegg şirkətinin müştərilərindən biri kuzovu xalis qızıldan hazırlanmış unikal Jesko hiperkarı sifariş edib.

"Unikal" xəbər verir ki, avtomobil yeganə nümunədir. Avtomobil şəffaf karbon lifli əlavələrə malikdir. Vurğu elementləri 24 karatlıq saf qızıldan hazırlanıb. Avtomobilin bu unikal nümunəsinin son qiyməti barədə məlumat verilmir. Müştərinin kim olduğu da açıqlanmır. 

Koenigsegg Jesko hiperkarı hələ 2019-cu ildə təqdim edilib, lakin o, yalnız 2022-ci ildə istehsala hazırlanıb. O, 125 nüsxə ilə buraxılacaq. Bütün nümunələr istehsala başlamazdan çox əvvəl satılıb.