Fici arxipelaqı sahillərində qayıq qəzaya uğrayıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.

Məlumata görə, göyərtəsində 16 sərnişinin olduğu qayıq paytaxt Suvadan 300 km şərqdə yerləşən Tuvuka adasının sahillərində çevrilib. Ada dövlətinin polisinin qeyd edib ki, batmış qayığın 12 sərnişini xilas edilib, daha 3 nəfərin meyiti sonra tapılıb, 12 yaşlı qız isə itkin düşənlər siyahısındadır.

Polis qəzadan dərhal sonra uşağın axtarışlarına başlayıb.