Avropa Şurasının rəhbəri Şarl Mişel vaxtından əvvəl vəzifəsini tərk edə bilər.

"Unikal" xəbər verir ki, bu barədə Belçikanın "Sudinfo" portalı məlumat yayıb. 

Bildirilir ki, siyasətçi bu ilin iyunun 6-9-da Avropa Parlamentinə keçiriləcək seçkilərdə rəhbərlik etdiyi İslahatlar Hərəkatı Partiyasının nümayəndəsi kimi iştirak etmək niyyətindədir.  Avropa Parlamentinə daxil olarsa, Mişel Avropa Şurasının rəhbəri vəzifəsindən istefa verməyi planlaşdırır, çünki hər iki vəzifəni eyni vaxtda tutmaq Aİ qanunları ilə qadağandır.

"Şarl Mişel iyulun 16-da Avropa Parlamentinin üzvü kimi and içənə qədər Avropa İttifaqı Şurasının prezidenti kimi vəzifələrini yerinə yetirəcək”, - deyə KİV mənbələrinə istinadən bildirib.

Mişelin Avropa Şurasının rəhbəri kimi mandatı 2024-cü ilin noyabrında başa çatır.

Gülayə Mecid