Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Dnepr çayının sol sahilindəki Krınki kəndi uğrunda döyüşə getməkdən imtina edirlər. 

"Unikal" xəbər verir ki, bu barədə "Strana.ua" nəşri bir neçə ukraynalı zabitə istinadən məlumat yayıb. 

Zabitlərin sözlərinə görə, bir çox əsgər sözügedən kənd uğrunda döyüşmək istəmirlər. Onlar bildiriblər ki, bu tapşırığın həyata keçirilməsinin mümkünlüyü həm əsgərlər, həm də zabitlər üçün “sirrdir” ki, onların arasında müxtəlif səbəblərdən cəbhə bölgəsinə göndərilməyənlər də var.

"Hazırda bu  kənddə gizlənməyə heç bir yer yoxdur, səmada çoxlu sayda rus pilotsuz təyyarələri var, bütün məkan görünür və Ukrayna hərbçiləri peyda olan kimi artilleriya onları atəşə tutmağa başlayır. Buna görə də, əsgərlərimiz ya qaçır, ya da təslim olurlar", - KİV zabitlərin sözündən sitat gətirib. 

Gülayə Mecid