İsrail əsgərləri Qəzzada 25 milyon dollar dəyərində mal oğurlayıblar.

"Unikal" xarici KİV-ə istinadən bildirir ki, Fələstin hökuməti  əsgərlərin Qəzza zolağından təxminən 90 milyon şekel (24,5 milyon dollar) dəyərində pul, qızıl və qiymətli əşyalar oğurladığını açıqlayıb.

Açıqlamada, oğurluqların müxtəlif üsullarla baş verdiyi, İsrail əsgərlərinin Səlahəddin küçəsində qurulan nəzarət-buraxılış məntəqəsində şimaldan cənuba köç edən fələstinlilərin pul və qızıl kimi qiymətli əşyaların olduğu çantaları ələ keçirdiyi bildirilib.

Zərifə Nağıyeva