Ermənistan Televiziya və Radio Komissiyasının sədri Tiqran Akopyan "Rossiya seqodnya" beynəlxalq agentliyinin icraçı direktoru, "Sputnik" radiosunun baş redaktorunu qəbul edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, görüşün keçirilməsinə səbəb "TOSPA" radio şirkətin və "Sputnik" radiosunun lisenziyasının Ermənistanda dayandırılması olub. 

Akopyan bu qərarın əsaslandırılmış və hüquqi cəhətdən toxunulmaz olduğunu vurğulayıb. O, Ermənistan Respublikası ərazisində yalan və yoxlanılmamış məlumatların yayılmasının yolverilməzliyini bildirib: "Onların lisenziyasının bərpası üçün heç bir ilkin şərt yoxdur". 

Ağarza Elçinoğlu