Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Ukraynaya səfər edib. 

"Unikal" xəbər verir ki, Kamikava xüsusilə ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlar aparmaq niyyətindədir.

Yaponiya rəsmisi hazırda xaricdə səfərdədir və bir sıra Avropa ölkələrinə səfər etməyi planlaşdırır. O, xüsusilə ABŞ-yə səfər etmək niyyətindədir. 

Qeyd olunur ki, onun Ukraynaya səfəri əvvəlcədən elan edilməyib.