Rusiyanın Belqorod vilayətinin sakinləri evlərini kütləvi şəkildə tərk edir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayətin Starıy Oskol şəhər administrasiyasının rəhbəri Andrey Çesnokov öz "Telegram" kanalında açıqlayıb. 

Qeyd olunub ki, insanlara həm bölgədə, həm də qonşu ərazilərdə təşkil edilmiş müvəqqəti yaşayış mərkəzlərinə köçməyə kömək edilir. 

"Bölgə qubernatoru Vyaçeslav Qladkovun göstərişi ilə biz ən təhlükəsiz yerə köçmək qərarına gələn ilk Belqorod sakinləri ilə görüşdük. 100-dən çox insan müvəqqəti yerləşdirmə mərkəzlərinə yerləşdirilib", - deyə o yazıb.

Qeyd edək ki, 2023-cü il dekabrın 29-dan etibarən Belqorod və onun ətraf əraziləri mütəmadi olaraq Ukrayna Silahlı Qüvvələrinin kütləvi hücumlarına məruz qalır. 

Ağarza Elçinoğlu