Tokio prokurorluğu parlamentin aşağı palatasının üzvü, ölkənin hakim Liberal Demokrat Partiyasından olan fraksiya üzvü Yoşitaka İkedanı həbs etdiyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Qeyd olunur ki, deputat siyasi ianələrin toplanmasından gəlir əldə edilməsi ilə bağlı qanunu pozmaqda şübhəli bilinir.