Yaponiyanın qərbində baş verən 7,6 bal gücündə zəlzələ dağıntılara və can itkisinə səbəb olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələdən təsirlənən bölgələrdən biri də Suzu şəhəri olub.  Belə ki, baş verən ölümcül zəlzələdən 5 gün sonra 90 yaşlı qadın dağıntılar altından sağ çıxıb. 

Xilasedicilər uçmuş binanın altından yaşlı qadını sağ-salamat çıxarıblar. Qadın xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, təbii fəlakət nəticəsində ümumi 126 nəfər həyatını itirib,  onlarla insan yaralanıb. 

Zərifə Nağıyeva