Çində qeyri-adi iş elanı diqqət çəkib.

“Unikal” xəbər verir ki, həmin elanın məqsədi məşhur Çin əfsanəsi “Meymun Kralı”nın personajı yaratmaqdır.

Belə ki, işə götürülən şəxs meymun kostyumu geyinərək mağarada oturur. Bununla yanaşı o, turistlərin verdiyi bananları yeməlidir.

İşin məvacibi isə ayda 842 dollar (1 431 AZN)  təşkil edir.

Zərifə Nağıyeva