Hər birimiz az və ya çox dərəcədə hiss etdiyimiz, lakin adını belə bilmədiyimiz 23 duyğumuz vardır.
"Unikal" ən qəribə və adlarını bilmədiyimiz duyğuları təqdim edir:
1. Sonder - Küçədə qarşınıza çıxan hər kəsin sizinki kimi canlı və mürəkkəb bir həyatı olduğunu başa düşmək.
2. Opia - Birinin gözlərinə baxdığınız zaman sizi həssas hiss etdirən qeyri-müəyyən ciddilik.
3. Monaxopsis - Heç bir yerə aid olmamaq kimi davamlı bir hiss.
4. Enouement - Gələcəkdə işlərin yaxşı getdiyini görmək və keçmişi sizə izah edə bilməməkdən qaynaqlanan acı.
5. Vellixor - Köhnə kitab mağazalarındakı qəribə düşüncəlilik.
6. Rubatoz - Öz ürək döyüntüsünü hiss etməkdən yaranan narahatçılıq hissi.
7. Kenopsiya - Tərk edilmiş, səssiz olan bir yerin vahiməli ab-havası .
8. Mauerbauertraurigkeit - İnsanları, hətta onlara ən yaxın olanları da uzaqlaşdırmaq istəyi.
9. Jouska - Öz ağlınızda təsəvvür etdiyiniz xəyali söhbət.
10. Krizalizm - Fırtınalı havada qapalı olmanın rahatlığı.
11. Vemödalen - Möhtəşəm olduğunu düşündüyünüz fotonun yaratdığı məyusluq, baxmayaraq ki, eyni keyfiyyətdə minlərlə fotoşəkil var.
12. Anekdoxa - Hər kəs nə danışır; amma heç kimin bir-birini dinləmədiyi bir söhbət.
13. Ellipsizm - Tarixin necə davam edəcəyini bilməməyin kədəri.
14. Kuebiko- Mənasız zorakılığı ehtiva edən vəziyyətlərə görə tükənmə vəziyyəti.
15. Lachesizm -Fəlakətdən xilas olmaq arzusu; (Məsələn: Təyyarə qəzasında sağ qalmaq)
16. Exulansis - İnsanların aidiyyatı ola bilmədiyi bir mövzu haqqında danışmağa çalışmaqdan vaz keçmək meyli.
17. Adronit - Birini kifayət qədər yaxşı tanımaq üçün nə qədər vaxt lazım olduğunu düşünmək.
18. Ruckkehrunruhe - Sürətlə bitən immersive tətildən sonra evə qayıtmaq hissi.
19. Nodus Tollens - Həyat tərzinizin artıq sizin üçün heç bir mənası olmadığını və məntiqsiz göründüyünü başa düşmək.
20. Onizm - Bir yerdə, bir bədəndə ilişib qalmaq fikrində məyusluq.
21. Liberoz - Başqa şeylərə çox əhəmiyyət verməmək ehtirası.
22. Altschmerz - İllərdir eyni problemləri yaşamaq və eyni şeylərdən narahat olmaq yorğunluğu.
23. Okxiolizm - Kiçik bir perspektivə sahib olmağın fərqində olmaq.
Gülayə Mecid