Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ilk türk astronavtı Alper Gezeravcının 2024-cü il yanvarın 18-də kosmosa gedəcəyini açıqlayıb.

"Unikal" xəbər verir ki, Alper Gezeravcı kosmik missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.

Dörd nəfərdən ibarət “Ax-3” ekipajı ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən “SpaceX Dragon” kosmik gəmisi ilə “SpaceX Falcon 9” raketi ilə Beynəlxalq Kosmik Stansiyaya yola düşəcəklər.

Azərbaycan vaxtı ilə uçuş 18 yanvar saat 02:11-ə təsadüf edəcək.

Qeyd edək ki, Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.