Goranboyda mağazadan oğurluq edilib.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 2-nə keçən gecə Qaradağlı kəndi ərazisində mağazaların birindən 250 manat pul və 2000 manat dəyərində məişət əşyaları, spirtli içki və tütün məmulatı oğurlanmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - rayon sakini Ə.Məmmədov və Gəncə şəhər sakini R.Qafarov saxlanılıblar.
Ə.Məmmədovun digər bir evdən 204 manat və 2000 ABŞ dolları oğurlaması da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.