İranın Kirman əyalətində general Qasım Süleymaninin ölümünün ildönümündə törədilmiş terror aktı ilə bağlı 32 nəfər saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə əyalət prokuroru Mehdi Baxşi deyib.

Baxşinin sözlərinə görə, terror aktının bir iştirakçısı Tacikistan vətəndaşıdır, digərlərinin şəxsiyyəti müəyyənləşdirilir.

O, əlavə edib ki, son vaxtlar Kirman əyalətində terror aktı törətməyi planlaşdıran 23 İŞİD terrorçusu saxlanılıb. Bundan əlavə, əyalətdə 16 bomba zərərsizləşdirilib.

Qeyd edək ki, Kİrmandakı partlayışlara görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb. Partlayışlar nəticəsində 90 nəfər ölüb, 248 nəfər yaralanıb.

Ağarza Elçinoğlu