"Cənubi Koreya hakimiyyəti öz hərəkətləri və bəyanatları ilə od vəftizinə məruz qalır". 

"Unikal" KCNA-ya istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq deyib.

"Ordumuzun tətikləri artıq çəkilib. Ordumuz ən kiçik təxribata dərhal atəş vəftizi ilə cavab verəcək. İndi düşünün, bu səriştəsiz hərbi quldurların səhv hesablamaları, əsassız ehtimalları ucbatından gözlənilməz bir hadisə baş verərsə, 10 milyondan çox əhalisi olan Seul hansı təhlükə ilə üzləşə bilər?”, - Kim Yo Çjon vurğulayıb.

Qeyd edək ki, Kim Yo Çjon dünyanın ən təhlükəli qadın siyasətçilərindən biri sayılır.