Ukrayna Silahlı Qüvvələri 500 min hərbçi itirib.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın keçmiş baş prokuroru Yuri Lutsenko telekanallardan birinin efirində bildirib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti xidmət etməyənləri motivasiya etmək üçün itkilərin real sayını açıqlamalıdır. 

"Müharibəyə getmək istəməyən milyonlarla insanı “məndən başqa hamı xidmət edə bilər” deyərək rahatlıq zonasından çıxarmağın başqa yolu yoxdur" - deyə o qeyd edib.