Mordoviyada 6 yeniyetməyə qarşı yalançı məlumatlara görə cinayət işi açılıb. 

"Unikal" xəbər verir ki, məktəblilər 5 dəfə təhsil müəssisəsini minaladıqları barədə məlumat veriblər. Onlar sosial şəbəkələrdə mesajlar yayıblar. Belə məlumatlardan sonuncusu Yeni il qabağı olub.

Həbsdən sonra yeniyetmələr dərsdən bezdiklərini və dərsdən yayınmaq üçün bəhanə istədiklərini etiraf ediblər. Altı azyaşlının hamısına qarşı şübhəli şəxs kimi barələrində həbs qətimkan tədbiri seçilib.