"Tesla" və "SpaceX" direktorlar şuraları hesab edir ki, bu şirkətlərin sahibi İlon Mask narkotik vasitələrdən istifadə edir.

"Unikal" xəbər verir ki, onlar həmçinin bunun onun aktivlərinin taleyinə təsir edə biləcəyindən ehtiyatlanırlar.

"The Wall Street Journal" yazdığına görə təşkilatlar Maskın mübahisəli fikirlərindən və təxribat xarakterli hərəkətlərindən narahatdır. Şirkət sədrləri İlon Maskın narkotik istifadə etdiyini irəli sürüblər, lakin buna dair sübut təqdim etməyiblər.

Bildirilir ki, Maskın qeyri-qanuni maddələrə aludə olması "SpaceX" ilə çoxmilyonluq dövlət müqavilələrini təhlükə altına qoya bilər. Qeyd olunur ki, Maskın vəkili Aleks Spiro biznesmenin mütəmadi narkoloji testlərdən keçdiyini deyib. Hüquqşünas isə Mask heç vaxt bu yoxlamalardan keçmədiyini bildirib.