İspaniya özünü elan etmiş Kosovo Respublikası vətəndaşlarının pasportlarını onların Aİ- yə vizasız girişi yanvarın 1-dən qüvvəyə mindikdən  sonra etibarlı kimi tanıyacaq.

"Unikal" xəbər verir ki, bu barədə EFE agentliyi İspaniya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Madrid Kosovo vətəndaşlarının Şengen zonasına və Avropa İttifaqına daxil olmaq üçün viza tələblərindən azad edilməsi yanvarın 1-dən qüvvəyə mindikdən sonra Kosovo pasportlarını tanımağı planlaşdırır.

İspaniya Xarici İşlər Nazirliyindəki mənbəyə istinad edən Pais-ə görə, bütün Şengen ölkələri “adi Kosovo pasportlarından istifadəyə razılıq veriblər”. Onun sözlərinə görə, bu heç bir halda Kosovonun tanınması demək deyil.