İzmir sahillərində 46 qeyri-qanuni miqrant saxlanılıb.

"Unikal" Türkiyə mətbuatına  istinadən xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Komandanlığının saytında məlumat verilib.

Bir qrup nizamsız miqrantın olduğu səyyar rezin qayıq təsbit edildikdən sonra Sahil Təhlükəsizlik qrupları bölgəyə cəlb edilib.